Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2020 07:32
Çin və amerikalı alimlər neyroşəbəkə alqoritmləri sayəsində jest dilini adi dilə avtomatik tərcümə edə bilən avtomatlaşdırılmış əlcək hazırlayıb.
"Ümid edirik ki, ixtiramız sayəsində lal və lal-kar insanlar ətrafdakı insanlarla rahat ünsiyyət saxlaya biləcəklər. Bundan başqa, biz belə qurğuların onların həmsöhbətlərinə jest dilini öyrənməkdə kömək edəcəyinə ümid edirik" - ixtiranın istehsalçılarından biri olan Kaliforniya Universitetinin dosenti Szyun Çen deyib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, bu əlcək sürtünmə və hiroskop sensorlar dəsti ilə təchiz edilib: bu sensorlar sayəsində qurğu onun sahibinin barmaq və əl hərəkətlərini izləyir. Tədqiqatçıların sözlərinə görə, bütün komponentlərin ümumi qiyməti 50 dolları ötmür.
Fiziklər belə əlcəklərin köməyi ilə ingilis dilində 600 ən çox yayılmış sözə uyğun gələn jestləri qeyd ediblər. Alimlər növbəti mərhələdə neyroşəbəkənin köməyi ilə bu məlumatları təhlil ediblər. Neyroşəbəkə onlar üçün tipik cəhətləri ayırıb. Qurğu hətta smartfon və ya başqa mobil qurğunun dinamikinin köməyi ilə onları səsləndirə bilər.
Buna nail olan alimlər qurğunun imkanlarını genişləndiriblər. Onlar üz dərisinə bərkidilən sensorlar dəsti əlavə ediblər. Bu sensorlar jest dilində müəyyən sözlərin formalaşmasında istifadə olunan üz ifadələrindəki dəyişiklikləri müəyyənləşdirə bilir.
Alimlər yaxın vaxtlarda qurğunun yalnız laboratoriyada deyil, həm də adi həyatda istifadəsi üçün onun "söz ehtiyatı"nı genişləndirməyi planlaşdırırlar. Tədqiqatçılar ümid edirlər ki, bu məsələlər yaxın gələcəkdə öz həllini tapacaq və nəticədə kar və lal insanlar ətrafdakı şəxslərlə rahat ünsiyyət saxlaya biləcəklər.