Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vikiçilərdən növbəti layihə: Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verildi (FOTO)

Vikiçilərdən növbəti layihə: Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verildi (FOTO)

Tarix: 2 Iyul 2020 16:10

Bakı. Trend:

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə Azərbaycan şairi, tərcüməçi, pedaqoq və XX əsr represiya ədəbiyyatının tanınmış nümayəndəsi Mikayıl Müşfiq haqqında Vikipediya beynəlxalq ensiklopediyasında özbək dilində bölmə istifadəyə verilib.

Trend-in məlumatına görə, Azərbaycan Mədəniyyət Mərkəzinin Vikipediya heyəti tərəfindən yaradılmış bölmədə Azərbaycan poeziyasının inkişafında böyük rolu oynamış şairin həyatı, yaradıcılığı, represiya dövründə fəaliyyəti, yaratdığı əsərlər, şeirləri, tərcümələri, əsərlərinin siyahısı, haqqında yazılan nəşrlər və s. məlumatlar yer alıb.

Mikayıl Müşfiqin yaratdığı ölməz sənət inciləri yaşlı nəsillərlə yanaşı, gənclər arasında da sevilir, xüsusi ilə də şeir-poeziya həvəskarı olan qardaş Özbəkistanda da böyük maraqla qarşılanır.

Qeyd edək ki, Azərbaycan xalqı kimi eyni taleyi yaşamış Özbəkistanda da çoxsaylı ziyalılar ötən əsrin 30-cu illərində represiyaya məruz qalmış və Özbəkistanda 2001-ci ildə ölkədə hər il “1 may tarixi” "Repressiya qurbanlarının anım günü” kimi qeyd olunur, Özbəkistan Respublikası Elmlər Akademiyasının nəzdində Repressiya Qurbanları Muzeyi yaradılmış, muzey həm də tədqiqat institutu kimi fəaliyyət göstərir.

Sevgi və gözəllik şairi olan Mikayıl Müşfiqin Azərbaycanın yeni poeziyasının, sərbəst şeir üslubunun inkişafında rolu, habelə onun milli folklordan və klassik ədəbi ənənələrdən layiqincə bəhrələnməklə yaratdığı bənzərsiz əsərlər məlumatlarda öz əksini tapıb. Çox gənc və qısa ömür yolu olmasına baxmayaraq ədibin keçdiyi yaradıcılıq yolu,
Azərbaycan poeziyasının simvoluna çevrilən Müşfiq əsərlərindən hissələr yaradılmış bölmədə öz əksini tapıb.

Bölmədə həmçinin qeyd olunur ki, XX əsr Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən olan Mikayıl Müşfiqin xatirəsinin əbədiləşdirilməsi və irsinin təbliği məqsədi ilə Azərbaycanda dövlət tərəfindən mühüm işlər həyata keçirilib. Bakı şəhərində dahi Müşfiqin büstü ucaldılıb, Bakı şəhərinin Qaradağ rayonunda qəsəbəyə dahi şairin adı verilib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ədibin 100, 110 illik yubileyləri dövlət səviyyəsində geniş qeyd olunub.

Bölmə ilə BURADAN tanış olmaq mümkündür.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Vikipediya könüllüləri ilə əlaqəli, sistemli şəkildə Azərbaycan tarixi, milli mədəniyyətimizə dair bölmələrin yaradılması işini davam etdirir.

Vikiçilərdən növbəti layihə: Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verildi (FOTO) - Gallery Image Vikiçilərdən növbəti layihə: Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verildi (FOTO) - Gallery Image Vikiçilərdən növbəti layihə: Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verildi (FOTO) - Gallery Image Vikiçilərdən növbəti layihə: Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verildi (FOTO) - Gallery Image Vikiçilərdən növbəti layihə: Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verildi (FOTO) - Gallery Image


Etiketlər:  Vikiçilərdən növbəti layihə Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ