Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2020 22:45
Dünyanı bürüyən koronavirusla digər ölkələr kimi Azərbaycanda da mübarizə aparılır. Görülən qabaqlayıcı tədbirlər nəticəsində pandemiya nəzarətdə saxlanılır və bu səbəbdən də karantin rejiminin uzadılması insanların sağlamlığını qorumaq üçün çox önəmlidir
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
S.Hüseynova bildirib ki, bu gün dünyanın bir çox qabaqcıl ölkələri pandemiya ilə mübarizə çərçivəsində yenidən sərtləşdirmələrə getməyə, karantin rejimlərini uzadırlar.
Azərbaycanda karantin rejiminin yumşaldılması cəmiyyətimizdə bir arxayınçılıq yaratdı, insanlar özlərini artıq bu xəstəlik yox olmuş kimi aparmağa başladılar. Şəhərdə az sayda insanlar tibbi maska taxırdı və yaxud heç bir faydası olmayan şəkildə taxırdı, sosial məsafə saxlayan insanlar çox az sayda idi. Belə bir təsəvvür yaranırdı ki, koronavirus artıq yox olub.
Bu xəstəlik dalğavaridir və artıq virus dünyada yenidən artmağa başlayıb. Dünyanın bir parçası kimi Azərbaycanda da yoluxmaların sayında xeyli artım müşahidə olunur və bu da böyük təhlükə yaradır. Ona görə də Nazirlər Kabineti yanında Operativ Qərərgahın ölkənin bir hissəsində karantin rejimini yenidən sərtlədirməsi çox vacib və yerində olan bir addımdır.
Sözsüz ki, bu qərarın məqsədi vətəndaşlarımızın sağlamlığını və təhlükəsizliyini qorumaqdır. İnsanlarımız məsuliyyətli davranmalıdır və bununla da hər kəs tək özünü yox, yaxınlarını, qohumlarını, dostlarını, ümumiyyətcə cəmiyyətimizi və dünyamızı qorumuş olurlar".