Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2020 22:48
Məşhur komediya aktyoru Cem Yılmaz Tvitter hesabında Netflix Türkiyə haqqında paylaşım edib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, dünən Netflix-də yayımlanan "Karakomik Filmler 2" üçün elan verilmədiyini bildirən C.Yılmaz tivitində Netflix Türkiyə-ni də işarələyərək narazılığını ifadə edib: "Netflix Türkiyə-nin böyük ehtimalla xəbəri yoxdur. @netflixturkiye, əzizim, bizim filmin sizdə dünən yayımlanması lazımdı. "Tvit atma"mı deyiblər?"
"Karakomik Filmler 2" yayımlanmasından çox keçməsə də Netflix-də ilk sıralara yüksəlməyi bacarıb. Hətta Cem Yılmaz tərəfindən paylaşılan ekran görüntüsündə filmin gün ərzində Türkiyədə ən çox izlənilən film olduğu görünür.
Cem Yılmazın tvitindən sonra Netflix Türkiye-nin Tvitter hesabından paylaşım edilməyib. Hesabda sonuncu dəfə Dark serialının üçüncü mövsümü barədə paylaşım olunub.
Qeyd edək ki, "Karakomik Filmler 2" barədə Netflix Türkiyə-nin Instagram hesabında da paylaşım edilməyib.
Məsələ barədə susqunluğunu qoruyan Netflix Türkiyə hansısa açıqlama verməyib. Film isə yayımçı tərəfindən elan verilmədən belə, "Top-10 Türkiyə" siyahısında birinci olmağı bacarıb.