Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messi İngiltərə Premyer Liqasında?

Messi İngiltərə Premyer Liqasında?

Tarix: 4 Iyul 2020 11:38

"Barselona"nın hücumçusu Lionel Messi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu haqda "Fox Sports"un jurnalisti Kristian Martin məlumat yayıb.

İspaniya mətbuatı argentinalı futbolçunun klubu ilə 2021-ci ildə başa çatacaq müqavilənin müddətini uzatmayacağını iddia edib.

"Messinin "Mançester Siti"yə keçidi məsələsi var. Bunu mənim İngiltərə və Kataloniyadakı mənbələrim təsdiq edir" - deyə K.Martin bildirib.

Xatirladaq ki, "Mançester Siti"nin hazırkı baş məşqçisi Xosep Qvardiola Messi ilə birgə "Barselona"da çalışıb.


Etiketlər:  Messi İngiltərə Premyer Liqasında


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ