Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sabunçuda gizli fəaliyyət göstərən restoran aşkar edilib (FOTO)

Sabunçuda gizli fəaliyyət göstərən restoran aşkar edilib (FOTO)

Tarix: 4 Iyul 2020 13:09

Bakı. Trend:

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində Pirşağı qəsəbəsindən yerləşən “Balıq evi” kafesinin karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi aşkar olunub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, polislər tərəfindən obyekt sahibi Mehdi Əliyev və orada olan 7 nəfər müştəri saxlanılaraq polis bölməsinə gətirilib. Bölmədə obyekt sahibi və müştərilər polislər tərəfindən tibbi maskalarla təmin ediliblər.

Karantin qaydalarını pozan obyekt sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 1500 manat, müştərilərin hər biri isə 100 manat məbləğində cərimə olunublar.

Sabunçuda gizli fəaliyyət göstərən restoran aşkar edilib (FOTO) - Gallery Image Sabunçuda gizli fəaliyyət göstərən restoran aşkar edilib (FOTO) - Gallery Image


Etiketlər:  Sabunçuda gizli fəaliyyət göstərən restoran aşkar edilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ