Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Esyen yenidən "Stemford Bric"də meydana çıxdı

Esyen yenidən

Tarix: 17 Iyun 2019 15:52

"Səbail"in yarımmüdafiəçisi Maykl Essyen xeyriyyə matçında meydana çıxıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, qanalı ulduz futbolçu "Soccer Aid" şirkəti tərəfindən təşkil olunan UNICEF-ə dəstək xarakterli oyunda iştirak edib. Londonda "Çelsi"yə məxsus "Stemford Bric" stadionunda keçirilən görüşdə Esyenin yer aldığı dünya yığması ilə İngiltərə əfsanələri üz-üzə gəliblər. Qarşılaşmada Didye Droqba, Rikardo Karvalyo, Frenk Lempard, Co Koul, Con Terri kimi veteran oyunçularla yanaşı, qadın futbolçular da forma geyiniblər.

Qeyd edək ki, əsas vaxtı 2:2 başa çatan matçın penaltilər seriyasında daha dəqiq oynayan Esyenin komandası qalib olub.

 


Etiketlər:  Esyen yenidən Stemford Bricdə meydana çıxdı


RƏYLƏR