Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Ən yaxşı azərbaycanlı futbolçuları bizə göstərin, oynadaq" - "Beşiktaş"ın prezidenti

Tarix: 5 Iyul 2020 11:54

“Azərbaycan “Beşiktaş” üçün çox önəmlidir. Ölkənizdə klubumuzu dəstəkləyən qardaşlar var”.

Qol.az-ın xəbərinə görə, bu sözləri “Beşiktaş”ın prezidenti Ahmet Nur Çebi “CBC Sport”da yayımlanan “Türkiyədən futbol” verilişinə müsahibəsində deyib.

Klub prezidenti Bakıda “qara qartallar”ın mağazasının açılması və azərbaycanlı futbolçuların bu kluba transfer olunması ilə bağlı maraqlı təklif irəli sürüb: “Azərbaycanda yaxşı futbolçular var? Əlbəttə, var. Ən yaxşılarını azərbaycanlı qardaşlarımız tapıb, bizə göstərsinlər. Belə halda qiymətli olan azərbaycanlı futbolçunu “Beşiktaş”da oynadarıq. Bununla da Türkiyə futbolunda azərbaycanlı futbolçuların uğurları izlənilər. Bu işin davamı da gələr. Nə deyirsiniz, ola bilər? Niyə də olmasın?! Çox gözəl alınar”.

 


Etiketlər:  Ən yaxşı azərbaycanlı futbolçuları bizə göstərin oynadaq Beşiktaşın prezidenti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ