Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2020 14:51
Bakı. Trend:
"İcaze.e-gov.az" portalında 5 iyul tarixinə qədər olan icazələr avtomatik olaraq ləğv edilib.
Trend-in məlumatına görə, bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib.
Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərara əsasən fəaliyyətinə icazə verilmiş sahələrdəki işçilərin 50 faizinin işə çıxmasına icazə verilir. Nazirlər Kabinetinin müvafiq Qərarında faəliyyətinə icazə verilən sahələr arasında olmayan və İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olunmuş qurumların icazəsi ləğv edilib. Həmin qurumlar, həmçinin sistemə yeni icazə daxil edə bilməz.
İcaze.e-gov.az portalına daxil olmaqla onlara aid məlumatların müvafiq Qərara uyğun tənzimləməsini həyata keçirsinlər. Çünki sistemdə nəzərdə tutulan həddi aşan icazələrin ləğvi davam edəcək.
İcazələrin tənzimlənməsi ilə bağlı yaranan xüsusi hallarla bağlı hüquqi və fiziki şəxslər İqtisadiyyat Nazirliyinə müraciət edə bilər.
Qeyd edək ki, sosial şəbəkələrdə vətəndaşlar bildirir ki, icazə almaq üçün müraciət etsələr də, sistem daxil edilən məlumatları tanımır.