Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2020 17:12
İngiltərə Premyer Liqasının 33-cü turunda “Kristal Pelas” üzərində 3:0 hesablı qələbə “Lester”in futbolçusu Ceymi Vardi üçün əlamətdar olub.
Qol.az xəbər verir ki, bu oyunda komandasının 2-ci və 3-cü qollarının müəllifi olan 33 yaşlı hücumçu, “Lester”in heyətində Premyer Liqada vurduğu qolların sayını 101-ə çatdırıb. Bununla da, Vardi “Lester”in heyətində çempionatda 100 qol həddinə çatan ilk futbolçu olub.
Qeyd edək ki, İngiltərə millisinin üzvü 2012-ci ildən “Lester”də çıxış edir.