Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2020 15:54
"Barselona"nın prezidenti Xosep Bartomeu kapitan Lionel Messinin komandadan ayrılacağı haqda yayılan xəbərlərə münasibət bildirib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, klub rəhbəri "goal.com"a açıqlamasında bu barədə argentinalı oyunçu ilə danışdığını açıqlayıb:
"Onunla söhbət etdik. Təfərrüatlara girməyəcəyəm, ancaq Lionel bir neçə dəfə karyerasını "Barselona"da bitirəcəyini söylədi. Klubun inkişafına yönəlmişik, bir çox oyunçu ilə danışıq aparırıq. Messi davam etmək istəyir və sona qədər burada qalmağı planlaşdırır. Qarşıda illər çoxdur və biz ondan çoxlarının gözlədiklərindən daha uzun müddət zövq alacağıq".
Qeyd edək ki, İspaniya mətbuatının yazdığına görə, Messi Bartomeu ilə münaqişədədir və özünün yox, klub rəhbərinin "Barselona"nı tərk etməsini istəyir.
Messi bu mövsüm La Liqada 29 matçda 22 qol vurub, 20 məhsuldar ötürmə edib. Onun klubu ilə müqaviləsi 2021-ci ilin iyununa qədərdir.