Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyada 11,6 milyondan çox insan koronavirusa yoluxub

Dünyada 11,6 milyondan çox insan koronavirusa yoluxub

Tarix: 7 Iyul 2020 01:28

Bakı. Trend:

Dünyada sutka ərzində yeni koronavirus ilə yoluxma halların sayı 121 mindən çox artaraq 11,6 milyonu keçib.

Trend-in məlumatına görə, ölənlərin sayı isə 538 min nəfəri keçib.

Məlumata əsasən, yoluxanların ümumi sayı 11 674 482, ölənlərin isə 538 818 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 6 059 906 yoluxma və 269 977 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 490 950, ölənlərin sayı isə 193 972 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 1 170 720 yoluxma və 27 566 ölüm halı qeydə alınıb.


Etiketlər:  Dünyada 116 milyondan çox insan koronavirusa yoluxub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ