Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“5G” dəstəkli “LG” smartfonları buraxılacaq

“5G” dəstəkli “LG” smartfonları buraxılacaq

Tarix: 7 Iyul 2020 11:45

“LG” şirkəti mayda “Q” seriyası çərçivəsində buraxılacaq 13 smartfonun adını dərc edib. Bu dəfə isə onların bir neçəsinin beşinci nəsil mobil rabitə şəbəkəsinin dəstəyi ilə təchiz ediləcəyi barədə məlumat yayılıb. Məsələn, “LG Q92 5G” (LM-Q920N) smartfonunun “LG Velvet 5G” modelinin sadələşdirilmiş versiyası olacağı gözlənilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, siyahıya görə, “LG Q92 5G” modelinin “LG Q9 2020 5G” adlanacağı planlaşdırılsa da, şirkət qərarını dəyişib. Bundan başqa, siyahıda yer alan bir sıra qurğular markalanmaya görə Cənubi Koreyanın aparıcı “KT” və “LG U plus” mobil operatorları üçün nəzərdə tutulacaq. Model adında 128 rəqəmi quraşdırılmış məlumat toplayıcısının tutumunu bildirir. Bundan əlavə, model nömrəsində son hərf qurğunun rəngini göstərir.

 

Hazırda siyahıda qeyd edilən smartfonların təxmini adlarından başqa ətraflı məlumat verilmir. Həmçinin qurğuların satışa çıxarılma müddəti barədə informasiya yoxdur. Bir sıra modellərin adında 2020 rəqəmi göstərilən smartfonların bu il buraxılacağından xəbər verir.

 

Nizam Nuriyev




Etiketlər:  5G dəstəkli LG smartfonları buraxılacaq


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR