Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Real''ın Mbappe ilə bağlı yeni planı

''Real''ın Mbappe ilə bağlı yeni planı

Tarix: 7 Iyul 2020 14:52

PSJ-nin futbolçusu Kilian Mbappe "Real"ın əsas transfer hədəfi olaraq qalır.

Qol.az "El Chiringuito TV"yə istinadən xəbər verir ki, Madrid klubu 21 yaşlı hücumçu ilə bağlı yeni plan hazırlayıb. Bildirilib ki, Paris təmsilçisi fransalı oyunçunu satmağa razı deyil. Buna görə də "Real" Mbappeni azad agent kimi heyətinə düşünür.

Qeyd olunub ki, Mbappe 2022-ci ilin yayında müqaviləsi başa çatdıqdan sonra La Liqa klubuna keçməyə razılıq versə, "Real" oyunçuya 100 milyon avro ödəməyə hazır olacaq.

Xatırladaq ki, Mbappenin transfer dəyəri 180 milyon avro qiymətləndirilir.

 


Etiketlər:  Realın Mbappe ilə bağlı yeni planı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ