Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2020 17:34
Azərbaycanda daha bir polis əməkdaşı koronavirusdan ölüb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Laçın rayon Polis Şöbəsinin əməkdaşı, polis mayoru Zöhrab Əliyev COVİD-19 infeksiyasından vəfat edib.
Goranboy Rayon Mərkəzi Xəstəxanasının (Karantin Xəstəxanası) baş həkimi İftixar Zeynalov APA-ya açıqlamasında bildirib ki, Laçın rayon sakini, 1967-ci il təvəllüdlü Əliyev Zöhrab İbrahim oğlu ötən gün axşam saatlarında ağır dərəcəli pnevmoniya ilə xəstəxananın reanimasiya şöbəsinə daxil olub. Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb. Z.Əliyev bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, Z.Əliyev Laçın rayon Polis Şöbəsinin əməkdaşı olub.
Qeyd edək ki, bundan əvvəl də Azərbaycanda 2 polis əməkdaşının koronavirusdan ölməsi barədə məlumatlar yayılıb.