Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2020 18:22
Qazaxda ata və oğlu bıçaq xəsarəti alıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, rayon sakinləri, 1988-ci il təvəllüdlü İsmayılov Rafiq Yaşar oğlu və onun atası, 1965-ci il təvəllüdlü İsmayılov Yaşar Musa oğlu sifət və qolundan bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriblər.
İlkin məlumata görə, ata və oğul gəlin tərəfindən bıçaqlanıb. Belə ki, R.İsmayılovun həyat yoldaşı ərini və qayınatasını bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.