Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycan dövləti qlobal pandemiya şəraitində də vətəndaşın yanında olmaq ənənəsinə sadiq qalır''

''Azərbaycan dövləti qlobal pandemiya şəraitində də vətəndaşın yanında olmaq ənənəsinə sadiq qalır''

Tarix: 8 Iyul 2020 13:48

Öz inkişafına görə yerləşdiyi regionun lider dövləti olan Azərbaycanda vətəndaş amili hər zaman ön sırada dayanır. Biz bunu son aylar baş verən proseslərin fonunda bir daha müşahidə edirik.

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

V.İskəndərov bildirib ki, Azərbaycan dövləti qlobal pandemiya şəraitində də özünün vətəndaşın yanında olmaq ənənəsinə sadiq qalır:

"Təsadüfi deyil ki, ölkəmizin pandemiya ilə mübarizə gündəliyində insanların sağlamlığının qorunması və onların sosial müdafiəsinin təmin edilməsi kimi məsələlər əsas prioritetlər kimi müəyyənləşdirilib".

Onun sözlərinə görə, Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən infeksiya ilə mübarizə istiqamətində atdığı çox mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır:

"Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanıldı ki, onlardan da bir neçəsinin artıq açılışı olub. Ümumilikdə, yaradılacaq modul tipli xəstəxana kompleksləri ölkənin səhiyyə sistemində əlavə 2000 çarpayılıq ehtiyat yaradır.

İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışı da bu istiqamtdə atılan növbəti addımdır".

Hazırda dünyada koronavirus xəstəliyinin daha geniş vüsət aldığını da deyən deputat bildirib ki, ona görə də indi bir çox ölkələr yenidən məhdudlaşdırıcı tədbirlərə qayıdırlar:

"Azərbaycana gəlincə dövlət başçısının bəyan etdiyi kimi ölkəmiz öncədən bütün qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyəti nəzarətdə saxlaya bildi və bu gün də vəziyyət nəzarət altındadır. Baxmayaraq ki, hazırda gündə təqribən 500-dən artıq yeni xəstə qeydə alınır, ancaq vəziyyət nəzarət altındadır. Əlbəttə, hər bir məsələ müqayisə tələb edir və deyə bilərik ki, bizimlə əhalisi eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 mindir, ölənlərin sayı 10 mindir. Bu, onu göstərir ki, heç bir ölkə tam şəkildə özünü sığortalanmış hesab edə bilməz və bu xəstəlik sərhəd tanımır".

Azərbaycanın pandemiyanın ilk günlərindən çox önəmli addımlar atdığını deyən V.İskəndərov bildirb ki, əgər fevral ayında bizim cəmi altı laboratoriyamız var idisə, hazırda bu laboratoriyaların sayı 29-a çatıb və 15 yeni laboratoriya sifariş edilib:

"Bununla da ölkəmizdə laboratoriyaların sayı 44-ə çatacaq. Bu, bizə imkan verəcək ki, daha çox test aparaq. Onu da bildirim bu günə qədər ölkəmizdə 500 mindən çox test aparılıb və adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təqribən 40-cı yerdədir".

Ölkədə pandemiyaya qarşı mübarizə çərçivəsində tətbiq edilən məhdudlaşdırıcı tədbirlərə gəlincə deputat qeyd edib ki, Prezidentin bildirdiyi kimi biz məhdudlaşdırıcı tədbirlərin görülməsi ilə bağlı addımlarımızı vəziyyətə uyğun şəkildə atırıq:

"Yəni, məhdudlaşdırıcı tədbirlər tətbiq olunanda, mütəxəssislərlə, həkimlərlə məsləhətləşmələr aparılır. Bir sözlə, ölkəmizdə bu istiqamətdə kortəbii deyil, ölçülüb-biçilmiş addımlar atılır. Bu addımların əsas məqsədi insanlarımızı, onların sağlamlığını, həyatını bu xəstəlikdən qorumaqdır".


Etiketlər:  Azərbaycan dövləti qlobal pandemiya şəraitində vətəndaşın yanında olmaq ənənəsinə sadiq qalır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ