Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qida qəbulundan əvvəl dondurma yemək iştahasızlıq yaradır

Qida qəbulundan əvvəl dondurma yemək iştahasızlıq yaradır

Tarix: 8 Iyul 2020 23:30

Yayın isti günlərində dondurma qida rasionunda xüsusi yer tutur, lakin valideynlər azyaşlılara bu qida məhsulunu verməyə tərəddüd edirlər. Boğaz infeksiyaları, qızdırma və s. kimi müxtəlif narahatlıqların baş verməsi bunun əsas səbəbləridir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, həkim-terapevt Solmaz Musayevanın dediyinə görə, uşaqlara dondurma verərkən qaydalara düzgün əməl etməklə belə problemlərdən yan keçmək mümkündür: "İki yaşından kiçik uşaqlarda istər inək, istərsə də keçi südünə qarşı bir sıra ağırlaşmalar yaranır. Dondurmanı qida qəbulundan əvvəl yemək məsləhət görülmür, çünki şirin olduğuna görə yeməkdən əvvəl qəbul ediləndə iştahanı öldürür, yeməyə həvəs qalmır. Günün ikinci yarısından sonra dondurmadan istifadə etmək düzgün deyil, tərkibində protein və karbohidratlar çox olduğuna görə uşaqlarda ifrat dərəcədə kökəlməyə səbəb olur".

Dondurmanı yeməkdən bir saat əvvəl qəbul etmək daha yaxşıdır. Onu yeyəndən əvvəl və sonra su içmək əks təsirlərin qarşısını alır. Həkim-terapevt deyib: "Yaxşı olar ki, uşaqlar dondurma yeyərkən onu ağızlarında bir qədər saxladıqdan sonra udsunlar, yaxud dondurmanı otaq temperaturunda yumşaldandan sonra qaşıqla uşağa yedirmək olar".

Süd və süd məhsullarından hazırlanan dondurmanın tərkibində A, B, S, D vitaminləri, eyni zamanda dəmir və sink kimi minerallar var. Ona görə də onun sağlamlıq əhəmiyyəti də var. Çalışmaq lazımdır ki, uşaqlara verilən dondurmanın tərkibində geni modifikasiya edilmiş məhsullar və palma yağı olmasın.


Etiketlər:  Qida qəbulundan əvvəl dondurma yemək iştahasızlıq yaradır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ