Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hesab.az QR kod ilə ödənişin tətbiqini genişləndirir

Hesab.az QR kod ilə ödənişin tətbiqini genişləndirir

Tarix: 9 Iyul 2020 11:40

Bakı. Trend:

Qlobal bazarda baş verən yeniliklərdən geri qalmayan Hesab.az QR ödənişləri siyahısına işıq ödənişlərindən sonra, artıq su ödənişlərini də əlavə etdi.

Yeniliyə əsasən Hesab.az mobil tətbiq istifadəçiləri Azərsu üzrə abunə haqlarının ödənişini QR kod ilə ödəniş edərək həyata keçirə biləcəklər.

Ödəniş aparmaq üçün sadəcə abunəçiyə təqdim olunan qəbzin üzərindəki QR kodu Hesab.az mobil tətbiqi vasitəsilə skan etmək kifayət edir ki, istifadəçilər Azərsu abonent kodunu yenidən daxil etmədən ödənişi dərhal həyata keçiriləcəkdir. Bu funksiya həm də pandemiya dövründə təmassız ödəniş etmək üçün şərait yaratmışdır. Hesab.az işıq və su ödənişlərindən sonra yaxın gələcəkdə digər ödəniş növlərini də QR ilə edilməsini təmin etmək üçün təkmilləşdirmə işlərinə davam edir.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.


Etiketlər:  Hesabaz ilə ödənişin tətbiqini genişləndirir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ