Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pelleqrinin yeni klubu - Rəsmi

Pelleqrinin yeni klubu - Rəsmi

Tarix: 9 Iyul 2020 15:48

La Liqa təmsilçisi "Betis"in yeni baş məşqçisi müəyyənləşib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Manuel Pelleqrini təyin edilib. Çilili mütəxəssislə 2023-cü ilin yayına kimi müqavilə imzalanıb.

Qeyd edək ki, M.Pelleqrini "Real", "Mançester Yunayted" kimi klubları çalışdırıb. Onun son iş yeri "Vest Hem" olub.

Xatırladaq ki, "Betis" ölkə çempionatında 41 xalla 13-cü pillədə qərarlaşıb.

 


Etiketlər:  Pelleqrinin yeni klubu Rəsmi


RƏYLƏR