Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2020 10:18
“Tinder” tanışlıq xidmətində videozəng funksiyası əlçatan olub. Bu haqda şirkətin saytında məlumat verilib. İndi ABŞ, Avstraliya, Fransa daxil olmaqla 13 ölkənin istifadəçiləri bir-biriləri ilə zəngləşə bilərlər.
“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, videozəng üçün hər iki tərəfin razılığı lazımdır. İstifadəçilər öncədən platformanın şərtləri ilə razılaşmalıdırlar. Ünsiyyət zamanı nifrətin oyadılması və qeyri-qanuni hərəkətlərin müzakirəsi qadağandır. Proqramçılar rahatlıq üçün ekran görüntüsünü iki hissəyə bölüblər: birində qurğu sahibi, digərində isə həmsöhbət görsənəcək.
Şirkət artıq 5 min amerikalı istifadəçisi arasında yeni funksiyanı sınaqdan keçirib. Nəticələrə əsasən, yeni nəsil istifadəçilərin təxminən 40%-i xidmətdə videozəngdən istifadəni təqdir ediblər.
Emil Hüseynov