Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Premyer Liqadan kənarlaşdırıldılar

Premyer Liqadan kənarlaşdırıldılar

Tarix: 10 Iyul 2020 17:44

Ukraynanın “Karpatı” klubu Premyer Liqadan kənarlaşdırılıb.

Qol.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. “Karpatı” heç bir səbəb göstərmədən son iki Premyer Liqa matçına çıxmadığı üçün liqadan kənarlaşdırılıb.

Ukrayna mətbuatı klubun bununla bağlı şikayət etmədiyini yazıb. Komanda məşqlərini davam etdirir və gələn mövsüm birinci divizionda oynamağı planlaşdırırlar.

Qeyd edək ki, “Karpatı” Premyer Liqada sonuncu sırada idi. Klubun maliyyə problemləri var.

 


Etiketlər:  Premyer Liqadan kənarlaşdırıldılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ