Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2020 23:16
Bakı. Trend:
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 219 mindən çox artıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
İyulun 11-ш saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 219 983 nəfər yeni koronavirusa yoluxub, 5 286 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 12 322 395, ölənlərin isə 556 335 nəfərə çatıb.
Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 6 397 230 yoluxma və 279 857 ölüm halı.
İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 888 850, ölənlərin sayı isə 202 837 nəfərə çatıb.
Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 1 255 977 yoluxma və 30 145 ölüm halı qeydə alınıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.