Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2020 14:48
Bu günə qədər "Cənub Qaz Dəhlizi" QSC layihə gəlirləri, nizamnamə kapitalı və səhm vəsaitlərindən istifadə etməklə CQD layihələrinə təqribən 10 milyard dollar investisiya yatırıb.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
İ.Əhmədov qeyd etdiyi kimi, 1 yanvar - 30 iyun 2020-ci il tarixlərində şirkət CQD layihələrindəki payını maliyyələşdirmək üçün təxminən 63,6 milyon dollar xərcləyib.
Qeyd edək ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən və Xəzər regionundan qazın Gürcüstan və Türkiyə ərazisindən Avropa ölkələrinə nəqlini təmin edən Cənub Qaz Dəhlizi layihəsi Avropa İttifaqı üçün prioritet məsələlərdən biridir.
Bu nəhəng layihə marşrutları və enerji təchizatı mənbələrini diversifikasiya etmək məqsədi daşıyaraq, Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcəkdir.
CQD layihəsinin dəyəri 40 milyard dollar dəyərində qiymətləndirilir.