Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2020 16:21
Biz dünən bir daha işğalçı və təcavüzkar Ermənistanın mənfur və faşist mahiyyətini ortaya qoyduğunun şahidi olduq.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
S.Hüseynova bildirib ki, Ermənistan silahlı qüvvələri Tovuz istiqamətində Azərbaycan Ordusunun bölmələrinə qarşı növbəti təxribat törədiblər:
"Bu təxribatı törətməklə Paşinyanın diktatrura rejimi ölkədə yaranmış dərin böhrandan əhalinin diqqətini yayındırmağa çalışır.
Bildiyiniz kimi regionun ən güclü ordusu olan və eyni zamanda dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Ordusu düşmənin təxribatına qarşı adekvat əks tədbirlər həyata keçirib və bu tədbirlər nəticəsində düşmən ciddi canlı qüvvə və hərbi texnika itkisinə məruz qalaraq geri otuzdurulub".
Deputat vurğulayıb ki, Paşinyanın diktatura rejiminin Ermənistanda yaratdığı ciddi böhran vəziyyəti əhalinin hakimiyyətə olan inamının itməsinə səbəb olub:
"Ölkədə çox ciddi sosial-iqtisadi problemlər mövcuddur, korrupsiya baş alıb gedir, eyni zamanda koronavirusla mübarizədə ciddi problemlər yaşanır. Bildiyiniz kimi regionda pandemiya sahəsində ən ciddi və mürəkkəb vəziyyət də məhz Ermənistandadır. İnsan hüquqları və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi də Paşinyanın xunta hakimiyyətini çox mürkkəb duruma salıb.
"Çiçəklənən Ermənistan" partiyasının sədri, Ermənistan parlamentindəki "Tsarukyan" fraksiyasının lideri, milyonçu Qaqik Tsarukyanın həbsindən sonra ölkədə müxalifətin ciddi birləşməsi prosesi gedir və parlamentin özündə də fraksiyalar Paşinyana qarşı birləşir. Paşinyan belə bir vəziyyətdən çıxış yolunu məhz xarici amildə gördü və Azərbaycan Ordusunun bölmələrinə qarşı növbəti təxribat törətməklə əhalinin diqqətini bu məsələyə yönəltməyə çalışır.
Ancaq hesab edirəm ki, Paşinyanın belə təxribatlarla ölkə daxilində yaranmış dərin böhran vəziyyətini aradan qaldırmaq cəhdi hər hansı bir nəticə verməyəcək. Çünki ölkədə vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir.
Bu təxribat nəticəsində şəhid olmuş hərbçilərimizə Allahdan rəhmət diləyirəm, yaralanmış hərbçilərimizin isə tezliklə sağalmalarını arzu edirəm".