Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Virusoloqdan koronavirus dərmanlarının ziyanları ilə bağlı XƏBƏRDARLIQ

Virusoloqdan koronavirus dərmanlarının ziyanları ilə bağlı XƏBƏRDARLIQ

Tarix: 13 Iyul 2020 22:42

Rusiya Səhiyyə Nazirliyi tərəfindən koronavirusun müalicəsi üçün təsdiqlənmiş "Avifavir" dərmanının hamilə qadınlar üçün təhlükəli olduğu ortaya çıxıb.

Milli.Az xəbər verir ki, Qamlei Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzinin professoru Anatoli Alşteynin dediyinə görə, bu dərman əvvəllər yuxu həbi kimi istifadə edilib və genetik deformasiyası olan uşaqların doğulmasına səbəb olub.

Professor dərmanın təxminən 20 il əvvəl Yaponiyanın "Favipiravir" bazasında sintez edildiyini qeyd edib:

"Sintez edildi və dəyişdirilmiş adlar altında buraxıldı. Bu dərman hamilə qadınlar üçün çox təhlükəlidir. Bu baxımdan 60-cı illərin əvvəllərində yuxu həbi olaraq istifadə edilən məşhur dərman - talidomid kimi təsir göstərir".

Alim əlavə edib ki, Yaponiyada "Favipiravira" klinik sınaqları keçirilib, onun koronavirusun müalicəsində təsirsizliyini göstərib. Odur ki bu tapıntılar Rusiyada nəzərə alınmalıdır.

Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyi "Avifavir" preparatının istifadəsini mayın 30-da təsdiqləyib. Əvvəllər bu dərmanın ebolanın müalicəsində istifadə edildiyi bildirilib. "Avifavir yalnız Rusiyada koronavirusa qarşı qeydiyyata alınan ilk antiviral dərman deyil, həm də dünyanın ən perspektivli anti-COVID-19 dərmanıdır", - deyə Rusiya İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriev bildirmişdi. (publika.az)

Milli.Az


Etiketlər:  Virusoloqdan koronavirus dərmanlarının ziyanları ilə bağlı XƏBƏRDARLIQ


RƏYLƏR