Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Real" Beyllə müqaviləni vaxtından əvvəl ləğv edə bilər

Tarix: 14 Iyul 2020 12:04

"Real" futbolçusu Qaret Beyllə müqaviləni vaxtından əvvəl ləğv edə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Madrid klubu uelsli hücumçu ilə 2022-ci ilin iyununda başa çatacaq müqavilənin müddətini vaxtından əvvəl sonlandırmağa hazırdır.

Bildirilib ki, Zinəddin Zidanın "Real"a baş məşqçi təyin olunması ilə Beylə matçlarda daha az şans verməyə başlayıb. Futbolçu ilə məşqçi arasında münasibətlərin pis olduğu vurğulanıb.

Bundan əvvəl "Real" Beyli satmağa çalışsa da, buna nail ola bilməyib. Səbəb onun yüksək maaşı olub.

Milli.Az


Etiketlər:  Real Beyllə müqaviləni vaxtından əvvəl ləğv edə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ