Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2020 14:26
"Rizəspor"un baş məşqçisi Ünal Karaman istefa verib.
Qol.az "NTV Spor"a istinadən xəbər verir ki, o, Türkiyə Superliqasının 32-ci turunda "Kasımpaşa"ya 0:2 hesablı məğlubiyyətdən sonra bu addımı atıb.
Qeyd edək ki, Ü.Karaman bu ilin martında klubun baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda 9 matçda 2 dəfə qələbə qazanıb, 2 dəfə heç-heçə edib, 5 dəfə uduzub. "Rizəspor" hazırda 32 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.