Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2020 08:20
Futbol üzrə Portuqaliya çempionatında "Portu" komandası 29-cu dəfə turnirin qalibi titulunu qazanıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, "Portu" komandası "Sportinq" klubunun futbolçularına 32-ci turda 2:0 hesabla gəlib.
Qolları Danil Pereyra (64-cü dəqiqə) və Mussa Mareqa (90-cı dəqiqə) vurublar.
"Portu" 32 oyunda 79 xal toplayaraq turnirin sonuna iki həftə qalmış ikinci yerdə olan "Benfika"dan 8 xal irəli keçərək vaxtından əvvəl çempion olub. Klubun aktivində bundan əlavə Portuqaliyanın 16 Kuboku və 21 Superkuboku, iki dəfə Çempionlar liqasının qalibi titulları var.