Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2020 10:18
Sürətli enerjidoldurma texnologiyası sahəsində qabaqcıl liderlərdən biri olan Çinin “Oppo” şirkəti 125 vatt gücündə yeni enerjidoldurma texnologiyasını təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “newsru.com” saytına istinadən yazır ki, “Oppo” şirkətinin yeni texnoloji həlli 20 dəqiqə ərzində 4000 milliamper/saat tutumunda smartfonun batareyasını enerji ilə tam doldurmağa imkan verir, 5 dəqiqə ərzində akkumulyator 41% enerji toplayır. Bu göstəricilər “Oppo” şirkətinə məxsus əvvəlki rekordu (30 dəqiqə ərzində tam enerjidoldurma mümkün idi) üstələyir. Şirkət yeni texnologiyanı dəstəkləyən smartfonların bazara çıxarılma müddəti haqqında hələ ki heç bir məlumat verməyib.
Emil Hüseynov