Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı-Novorossiysk kəməri ilə neftin nəqli bərpa edilir

Bakı-Novorossiysk kəməri ilə neftin nəqli bərpa edilir

Tarix: 16 Iyul 2020 12:12

SOCAR bu ilin iyul ayının 17-dən Bakı-Novorossiysk boru kəməri ilə (Şimal boru kəməri) neftin nəqlini bərpa edəcək.

Sonxeber.net xəbər verir ki, bunu APA-ya SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

"Sabahdan bu kəmər vasitəsi ilə neftin nəqli bərpa ediləcək", - İ. Əhmədov qeyd edib.

Xatırladaq ki, Bakı-Novorossiysk boru kəməri ilə neftin nəqli texniki səbəblərdən yanvar ayında dayandırılmışdı.

Energetika Nazirliyinin məlumatına gərə, 2019-cu ildə SOCAR Bakı-Novorossiysk neft kəməri ilə 824,4 min ton neft nəql edib ki, bu göstərici 2018-ci illə müqayisədə 36,5% azalıb.

Qeyd edək ki, Bakı-Novorossiysk boru kəmərinin uzunluğu 1 147 kilometrdir: Azərbaycan hissəsinin uzunluğu 231 kilometr, Rusiya hissəsinin uzunluğu isə 916 kilometr təşkil edir.


Etiketlər:  Bakı Novorossiysk kəməri ilə neftin nəqli bərpa edilir


RƏYLƏR