Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Azərbaycan Sənaye Korporasiyası” beynəlxalq tender elan edib

“Azərbaycan Sənaye Korporasiyası” beynəlxalq tender elan edib

Tarix: 19 Iyun 2019 14:09

Bakı. Trend:

“Azərbaycan Sənaye Korporasiyası” ASC ölkənin təbii resurslarının optimal istifadə olunması, Azərbaycanda alüminium sənayəsinin inkişaf etdirilməsi, rəqabət qabiliyyətinin artırılması, alüminium sənayesinin yerli xammalla təhciz edilməsi və alunit yataqlarının işlənməsi məqsədi ilə beynəlxalq tender elan edib.

ASC-dən Trend-ə verilən məlumata görə, ikimərhələli tenderin keçirilməsində məqsəd Azərbaycan Respublikasının Daşkəsən rayonu ərazisində yerləşən “Daşkəsən Zəylik Alunit Mədəni”ndə alunit filizi ehtiyatlarının qiymətləndirilməsi və müasir zənginləşdirmə texnologiyası ilə alunit filizindən gil-torpaq istehsalı üçün zəruri olan alunit konsentratının əldə edilməsi, həmçinin hasil edilən alunit konsentratını emal etməklə tərkibindəki gil-torpaq, gübrələr və digər yararlı məhsulların çıxarılması üçün tətbiq olunacaq iqtisadi baxımdan səmərəli, ekoloji cəhətdən təhlükəsiz texnologiyanın seçimi, bu texnologiyanın laboratoriya, yarımsənaye və sənaye sınaqlarının aparılması, həmçinin ətraflı texniki-iqtisadi əsaslandırmasının hazırlanması üçün məsləhətçi şirkətin cəlb edilməsidir.

Qeyd etmək lazımdır ki, Daşkəsən rayonunda yerləşən Zəy­lik alunit yatağında 1929-1942, 1955-1958 və 1968-1970-ci illərdə də axatrış-qiymətləndirmə, dəqiq və istismar kəşfiyyatı işləri aparılmışdır.

Əvvəllər istifadə edilmiş texnologiyadan fərqli olaraq, alunitin mədən ərazisində zənginləşdirilməsi və bu zənginləşmə nəticəsində Zəylikdən Gəncə gil-torpaq istehsal sahəsinə daşınan və hidrometallurji emala verilən filizin miqdarının 40%-ə qədər azalması gözlənilir. Bu isə öz növbəsində istehsal xərclərinin azalması ilə rəqabət qabiliyyətli gil-torpaq istehsalına imkan yaradacaqdır. Eyni zamanda, digər vacib məqam Alunit filizinin kompleks emal edilərək onun tərkib elementlərinin kommersiya maraqlı məhsullara, əsasən kənd təsərrüfatı təyinatlı gübrələrə çevrilməsidir.

Tender üzrə əsas şərtlər toplusunun hazırlanması, təkliflərə baxılması, onların qiymətləndirilməsi və müqayisəsi məqsədi ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-də Ekspertlər Şurası yaradılıb. Şuranın tərkibində AR Ekologiya və Təbii Sərvətlər nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, AR Fövqəladə Hallar nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi Dağ-mədən Nəzarəti Dövlət Agentliyi, “Azərqold” QSC, “Azərbaycan Sənaye Korporasiyası” ASC və Korporasiyanın nəzdində fəaliyyət göstərən “Azəralüminium” MMC, eləcə də metallurgiya üzrə təcrübəli mühəndis heyəti və məsləhətçi qrup təmsil olunur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan Sənaye Korporasiyası beynəlxalq tender elan edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ