Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Orxan Məmmədovdan Rəşad Sadıqovun təyinatı ilə bağlı açıqlama

Orxan Məmmədovdan Rəşad Sadıqovun təyinatı ilə bağlı açıqlama

Tarix: 17 Iyul 2020 15:14

“Zirə” PFK-nın fəxri prezidenti Orxan Məmmədov Rəşad Sadıqovun komandaya baş məşqçi təyinatı ilə bağlı açıqlama verib.

Qol.az-ın xəbərinə görə, o, klubun saytına bildirib ki, Rəşad Sadıqovla geniş və ətraflı müzakirələrdən sonra razılıq əldə ediblər:

“Onun bizimlə çalışmağa razılıq verməsinə görə çox şadam. Futbolçu karyerasını yeni bitirsə də, baş məşqçi kimi təcrübəsi hamıya məlumdur. “Qarabağ”ın gənclərdən ibarət komandası ilə yanaşı, U-21 millimizdə də qısa müddətdə yaxşı işlər görüb. Onun baş məşqçi kimi klubumuzun inkişafına müsbət təsir edəcəyinə inanıram”.

 


Etiketlər:  Orxan Məmmədovdan Rəşad Sadıqovun təyinatı ilə bağlı açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ