Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Sumqayıt" ilk transferini açıqladı

Tarix: 17 Iyul 2020 16:22

Ölkəmizi ilk dəfə Avroliqada təmsil edəcək “Sumqayıt” heyətinə yeni futbolçu cəlb edib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, son mövsümü “Zirə”də keçirmiş Tellur Mütəllimovla 1 illik sözləşməyə imzalanıb. Bu, "Sumqayıt"ın yay fasiləsində ilk transferidir.
 
Qeyd edək ki, Tellur Mütəllimov “Qəbələ” (24 oyun, 5 qol) və “Zirə”nin (63 oyun, 3 qol) şərəfini qoruyub. Mütəllimov Azərbaycanın U-21 (1 oyun) və A millilərinə də (1 oyun) dəvət alıb.
 


Etiketlər:  Sumqayıt ilk transferini açıqladı


RƏYLƏR