Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Londonda ermənilər azərbaycanlılara qarşı növbəti təxribata əl atdı (VİDEO)

Londonda ermənilər azərbaycanlılara qarşı növbəti təxribata əl atdı (VİDEO)

Tarix: 17 Iyul 2020 16:45

Bakı. Samir Əli - Trend:

Londonda ermənilərlə azərbaycanlılar arasında qarşıdurma olub.

Trend-in məlumatına görə, hadisə Londonda yaşayan azərbaycanlıların Ermənistan-Azərbaycan dövlət sərhəddində düşmən ölkənin törətdiyi təxribatlara qarşı etiraz aksiyası keçirərkən baş verib.

Azərbaycanlılar aksiyada “Qarabağ bizimdir, bizim olacaq”, “Ermənistan terrorçudur” şüarları səsləndirən zaman bir qrup erməni təxribatçı hərəkətlər edib. Nəticədə aksiya iştirakçıkları olan soydaşlarımızla ermənilər arasında kütləvi dava başlayıb. Hadisə yerinə London polisləri cəlb edilib.


Etiketlər:  Londonda ermənilər azərbaycanlılara qarşı növbəti təxribata əl atdı VİDEO


RƏYLƏR