Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2020 22:51
Kardiologiya mütəxəssisi Şerafettin Demir isti havalarda infarkt hallarının artdığını bildirib.
Sonxeber.net xəbər verir ki, ürək-damar xəstəlikləri problemlərinin artdığını deyən mütəxəssis ürək xəstələrinə isti havalarda daha çox su içməyi tövsiyə edib.
"İsti nəticəsində mineral balans bədəndəki tərləmə ilə pozulur. Bu, infarkt riskini artırır. Xəstələr istinin pik saatlarında küçəyə çıxmamalı, çıxdıqları halda qoruyucu tədbirlər görməlidir. Çox miqdarda maye içməlidirlər, həddindən artıq duzlu və yağlı məhsullardan çəkinməli, daha yüngül yemək yeməlidirlər", - həkim qeyd edib. (publika.az)