Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Emosional qidalanma tox vaxtı mənfi duyğulardan xilas olma ehtiyacı ilə əlaqədardır

Emosional qidalanma tox vaxtı mənfi duyğulardan xilas olma ehtiyacı ilə əlaqədardır

Tarix: 17 Iyul 2020 23:06

Emosional qidalanma insanın özünü yaxşı hiss etmədiyi, əhval-ruhiyyəsinin aşağı olduğu məqamlarda qidalanmağa fokuslanmasıdır. Bu zaman toxluq hissi olsa da, yenə qidalanır, yeməkdən sonra isə günahkarlıq duyğusu baş qaldırır. Emosional qidalanma öz neqativ duyğularını aradan qaldırma yolunu qida qəbulunda görmək və bütün çətin situasiyada özünə çıxış yolu seçməkdir.

Sonxeber.net bildirir ki, bu barədə AZƏRTAC-a məlumat verən Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova emosional qidalanmanın səbəbləri barədə də danışıb: "Qidalanma zamanı stress orqanizmdə fizioloji təsirlər buraxır, bədəndə bir sıra hormonal dəyişikliklər baş verir. Bədən öz tarazlığını bərpa etmək üçün çoxlu miqdarda şirin və yağlı qidalar istəyə bilər. Daimi gərginlik arasıkəsilməyən duyğu və düşüncələr insanı yeməyə tərəf çəkir. Qəzəb, qorxu, təşviş, yanlış fikir inancları, fərdi komplekslər qaydasız qidalanmaya sövq edə bilər.

Uşaqlıq dövrünün qidalanma üsulları da gələcəkdə emosional qidalanmaya səbəb ola bilər. Məsələn, hər hansı bir uğurda insan xoş duyğular keçirir və özünü sevdiyi ləzzətli qidalara "qonaq edir". Beləliklə, konkret ovqat ardıcıl təkrarlanır, bir növ adətə çevrilir".

Emosional qidalanmanın əlamətləri barədə məlumat verən psixoloq deyib: "Emosional qidalanma bir çox xüsusiyyətlərinə görə fizioloji qidalanmadan seçilir. Bəzən şəxs bunun fərqində olmaya və bu davranışın arxasında gizlənən səbəblərə diqqət yetirməyə bilər. Emosional qidalanma insanın tox vaxtı mənfi duyğulardan xilas olma ehtiyacı ilə əlaqədardır. Emosional qidalanma heç gözlənilmədən baş verdiyi halda, fizioloji qidalanma aclıq tədricidir. Emosional qidalanmadan fərqli olaraq fizioloji qidalanma zamanı insan normanı bilir və ehtiyacı ödənəcək qədər yeyir. Emosional qidalanmadan sonra peşmanlıq və utancaqlıq hissi kimi duyğular yaşanır".

Həmin halla mübarizə yolları barədə bəhs edən psixoloq qeyd edib ki, qidalanmadan başqa gəzintiyə çıxmaq, idman etmək və s. kimi məşğuliyyətlərlə başı nə iləsə qatmağa çalışmaq lazım olduğunu bildirib.


Etiketlər:  Emosional qidalanma vaxtı mənfi duyğulardan xilas olma ehtiyacı ilə əlaqədardır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ