Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Real” onunla yolları ayırır

“Real” onunla yolları ayırır

Tarix: 18 Iyul 2020 13:38

“Real” mövsümün sonu futbolçusu Serxio Reqilonla yolları ayıracaq.

Qol.az xəbər verir ki, bu haqda “Marca” məlumat yayıb.

Hazırda 24 yaşlı müdafiəçi icarə qaydasında “Sevilya”da oynayır. Məlumata görə, madridlilər transfer pəncərəsi zamanı bir neçə futbolçusunu satmaq və bundan 180 milyon avro gəlir görürmək niyyətindədir. Bununla onlar pandemiya dövründə klubun zərərlərini sığorta edəcəklər.

Qeyd edilir ki, klub “Sevilya”dakı oyunçusunun çıxışından razıdır. Amma sol cinahda Marselo və Mendinin oynadığını nəzərə alan “Real” futbolçunu satmaq fikrinə düşüb.

 


Etiketlər:  Real onunla yolları ayırır


RƏYLƏR