Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çikaqoda Tovuzla bağlı silsilə aksiyalar başladı - FOTO

Çikaqoda Tovuzla bağlı silsilə aksiyalar başladı - FOTO

Tarix: 19 Iyul 2020 12:48

Ermənilərin Tovuzda törətdiyi təxribata etiraz olaraq ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində erməni nümayəndəliyinin qarşısında aksiya keçirilib.

Milli.Az bildirir ki, bu barədə Axar.az-a Çikaqoda yaşayan azərbaycanlı idmançı, dünya və Avropa çempionu Gündüz İsmayılov məlumat verib.

Onun sözlərinə görə, rəsmi icazə ilə keçirilən aksiyada erməni təcavüzünə etiraz ediləb, "Dağlıq Qarabağ Azərbaycandır" şüarı səsləndirilib.

G.İsmayılov qeyd edib ki, aksiyalar davam edəcək:

"Meriyadan artıq razılıq almışıq, ştatın ayrı-ayrı şəhərlərində burdakı diasporumuzun nümayəndələri ilə silsilə aksiyalar keçirəcəyik. Mümkün qədər daha çox amerikalıya erməni təcavüzü və Azərbaycanın Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun işğala məruz qaldığı, Ermənistanın Tovuz istiqamətində dövlət sərhədimizdə təxribat törətdiyi və Azərbaycana bu dəfə başqa istiqamətdən hücum etdiyi haqda həqiqətləri çatdırmağa çalışırıq".

Milli.Az


Etiketlər:  Çikaqoda Tovuzla bağlı silsilə aksiyalar başladı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ