Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artisti: ''Aramızda yalandan vətən sevgisi ilə çağırış edərək insanları təxribata çağıranlar var''

Xalq artisti: ''Aramızda yalandan vətən sevgisi ilə çağırış edərək insanları təxribata çağıranlar var''

Tarix: 20 Iyul 2020 15:03

Bizim aramızda da bizi istəməyənlər, yalandan vətən sevgisi ilə çağırış edərək küçələrə çıxıb insanları təxribata çağıranlar var.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu xalq artisti Tünzalə Ağayeva "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsinə açıqlamasında deyib.

Onun sözlərinə görə, biz qəti şəkildə onları dayandırmalı və heç bir şəkildə onlara uymamalıyıq. Bu isə bizim məsələyə açıq zəka ilə baxmağımızdan asılıdır.

T.Ağayeva qeyd edib ki, vətənini həqiqətən sevən insanlar həm fiziki, həm də virtual olaraq, heç bir insidentə yol verməməlidirlər: "Sərhəddə gedən gərgin döyüşdən istifadə edib paytaxtda, digər bölgələrdə təxribat yaratmaq istəyən insanlar var. Biz bunlara düşmənlər deyək. Amma biz daha ayıq, daha informativ olmalıyıq, mənbəyi bilinməyən məlumatlara, çağırışlara reaksiya verilməməlidir".

T.Ağayeva Azərbaycan Ordusunun düşmənə layiqincə cavab verdiyini də söyləyib:

"Biz hər zaman döyüşə hazır millət olmuşuq. Tovuzda düşmənin sərhədə olan hücumuna, təxribatına ordumuz, igid əsgərlər tərəfindən layiqincə cavab verildi. Düşmən böyük itki ilə geri çəkildi. Bu günlər ərzində yaşadıqlarımız çox ağrılıdır. Tovuzda, hətta Bakıda vətənini sevən insanlar etiraz səsini bir daha bildirdilər. Biz həmrəyliyimizi bir daha nümayiş etdirdik. Bir daha onu bildirdik ki, biz dövlət başçımızla bərabərik, onun yanındayıq. Ali Baş Komandanın bir əmri yetərlidir ki, insanlar könüllü olaraq, cəbhəyə getsinlər, torpaqlarımızı işğaldan azad etsinlər. Təbii ki, dövlət başçımız, ümumiyyətlə, heç kim qan axıdılmasını istəmir, heç kimin övladı həlak olmasın. Amma bir həqiqət də budur ki, müharibə qurbansız və şəhidsiz olmur. İnşallah, şəhidlərimizin qanı yerdə qalmayacaq. Düşmənə cavab verilməklə şəhidlərin qisası alınır".

"PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsinin tam versiyasını sizə təqdim edirik:


Etiketlər:  Xalq artisti Aramızda yalandan vətən sevgisi ilə çağırış edərək insanları təxribata çağıranlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ