Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2020 17:12
Ölkəmizi ilk dəfə Avroliqada təmsil edəcək “Sumqayıt” futbolçusu Rəhim Sadıxovla müqaviləni yeniləyib.
Qol.az klubun rəsmi saytına istnadən xəbər verir ki, 24 yaşlı futbolçunun 2020/2021 mövsümünün sonuna qədər qüvvədə olan müqaviləsi daha 1 il müddətinə uzadılıb.
Qeyd edək ki, Rəhim Sadıxov 2019/2020 mövsümündə "Sumqayıt"ın heyətində Premyer Liqada 15 qarşılaşmada meydana çıxıb (1002 dəqiqə). Yarımmüdafiəçi Premyer Liqa və Azərbaycan kuboku qarşılaşmaları da daxil olmaqla, ümumilikdə 5 qol vurub.
Əlavə edək ki, "Sumqayıt" bundan əvvəl Mehdi Cənnətov, Elvin Bədəlov və Vurğun Hüseynovun da müqaviləini yeniləmişdi.