Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2020 17:56
Qəbul imtahanlarının ikinci mərhələsinin keçirilməsinə avqustun ikinci yarısından başlanılacaq.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, bu həftə və gələn həftə əvvəlki və bu ilin məzunları üçün qəbul imtahanlarının I mərhələsi keçiriləcək. Ondan sonra 10-15 gün imtahanların nəticələri emal ediləcək: "Bundan sonra isə imtahanların ikinci mərhələsi olacaq. Avqustun ikinci yarısından etibarən bu imtahanların keçirilməsinə başlayacayıq. Bu imtahanların keçirilməsinə 4 gün ayrılacaq. Biz hər hansı təhlükənin olmadığına əmin olduqdan sonra imtahanların keçirilməsini elan edirik".