Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

SMS icazə üçün ayrılan 3 saatın gün ərzində hissələrə bölünməsi nəzərdə tutulmur

SMS icazə üçün ayrılan 3 saatın gün ərzində hissələrə bölünməsi nəzərdə tutulmur

Tarix: 20 Iyul 2020 18:10

SMS icazə üçün ayrılan 3 saatın hazırda gün ərzində hissələrə bölünməsi nəzərdə tutulmur.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Prezidentin köməkçisi deyib ki, son məqsəd yoluxmanın səviyyəsini azaltmaqdır: "Əgər yoluxmanı aşağı salmaq istəyiriksə, mümkün qədər az insanın evdən çıxması lazımdır. Ona görə də 3 saatın bölünməsi düzgün olmaz".


Etiketlər:  icazə üçün ayrılan saatın gün ərzində hissələrə bölünməsi nəzərdə tutulmur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ