Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusun erkən əlaməti tapıldı - Ağız boşluğuna diqqət edin

Koronavirusun erkən əlaməti tapıldı - Ağız boşluğuna diqqət edin

Tarix: 20 Iyul 2020 21:27

Dünyanı iflic vəziyyətə salan koronavirusun daha bir erkən simptomu aşkar edildi.

Sonxeber.net "bakupost"-a istinadən bildirir ki, 14 milyondan çox insanın yoluxduğu virusla bağlı dünyanın onlarla ölkəsində aparılan araşdırmalar davam edir.
Bir neçə ayda elm adamları virusun 11 əlamətini müəyyən edə biliblər. Onların arasında qızdırma, quru öskürək, əzələ ağrısı, baş ağrısı, ürək bulanması və s. var. Bu günlərdə isə ispan alimlər koronavirusun daha bir erkən simptomunu tapıblar.

Onların fikrincə, ağız boşğundakı səpkilər orqanizmdə virusun olmasına işarə edə bilər. Tədqiqatçılar COVİD-19 testi pozitiv olan xəstələri analiz ediblər. Onların 30 faizə yaxınında səpkilər müşahidə olunub.

Mütəxəssislər deyirlər ki, ağız boşğulundakı bu problem başqa əlamətlərdən iki gün daha tez müşahidə olunur.


Etiketlər:  Koronavirusun erkən əlaməti tapıldı Ağız boşluğuna diqqət edin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ