Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2020 03:52
Bakı. Trend:
Futbol üzrə İtaliya çempionatının 34-cü turu çərçivəsində Turin şəhərinin "Yuventus" klubu pataxt Romanın təmsilçiləri "Latsio"nu qəbul edib.
Trend-in məlumatına görə, oyun Turin təmsilçilərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Yuventus"un heyətində qolları Kriştiano Ronaldo vurub, rəqib komandanın yeganə qolunun müəllifi isə Çiro İmmobile olub.
Qeyd edək ki, K.Ronaldo İtaliya çempionatının 30 oyununda 30 qol vurub və bu göstəricidə siyahını lideri Ç.İmmobileyə çatıb.