Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2020 08:16
Bakı. Trend:
Avropa İttifaqının dövlət və hökumət başçıları 2021-2027-ci illər üçün təşkilatın büdcəsi və koronavirus pandemiyasından sonra iqtisadiyyatın bərpası fondu üzrə razılığa gəliblər.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə öz "Twitter" səhifəsində Avropa Şurasının rəhbəri Şarl Mişel bildirib.
Fransa prezidenti Emmanuel Makron "Twitter"də razılığın əldə edilməsini tarixi gün adlandırıb: "Avropa üçün tarixi gün!".
Belçikanın baş naziri Sofi Vilmes bildirib ki, Aİ-nin yeddi illik büdcə planının son kompromis versiyası 1,074 trilyon avro təşkil edir, büdcədənkənar iqtisadiyyatın bərpa fondunun həcmi isə 750 milyard avro səviyyəsində qalıb.
Qeyd edək ki, Avropa İttifaqının 2021-2027-ci illər üçün büdcəsi və koronavirus pandemiyasından sonra iqtisadiyyatın bərpası fondu üzrə sammit 5 günə yaxın davam edib.