Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2020 23:56
Mühəndislər kimyəvi laboratoriyada işləmək üçün universal robot yaradıb. Robot, eyni ilə bir insan kimi, cihazlardan və reagentlərdən istifadə edir və təcrübələrini müstəqil şəkildə həyata keçirir. Elektron tədqiqatçı effektiv katalizator aşkar edərək, artıq öz tədqiqatlarını apara bilib. Bununla kimya elmi yeni bir mərhələyə qədəm qoydu.
Superkompyuterlər və nəzəri hesablamalarla silahlanmış müasir kimya elmi, faydalı bir şey əldə etmək üçün, maddələri təsadüfi şəkildə qarışdıraraq nəticə almaqdan daha irəli gedib. Lakin yeni dərmanların, materialların və ya katalizatorların axtarışında aparılmalı olan təcrübələrin sayı hələ də çox böyükdür. Çox vaxt tələb olunan sayda təcrübə, sadəcə insanın imkanlarını aşır, buna görə elmi qruplar potensial perspektivli fikirlərdən imtina etməli olurlar. İndi, sanki fövqəladə dözümlülük göstərən kimyaçıların ixtiyarında bir köməkçi meydana gəlib. Demək olar ki, gecə saatlarında işləyə bilər, yalnız batareyanı doldurulması zamanı işdən ayrılır.