Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2020 19:36
AFFA Almaniyanın "Darmştadt" klubunun hücumçusu Sərdar Dursunu Azərbaycan millisinə dəvət edib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bunu 29 yaşlı forvard özü "Hürriyət"ə açıqlamasında deyib.
O, Türkiyənin əsas millisində oynamaq üçün bu təklifdən imtina etdiyini bildirib: "Azərbaycan millisində oynamaq üçün təklif almışam. Görüşümüz olub. Yığma komandalarında məni görmək istədiklərini dedilər. Amma mən Türkiyənin əsas millisində oynamaq istədiyimi bildirdim".
Qeyd edək ki, Sərdar Dursun 2018-ci ildən 2-ci Bundesliqa təmsilçisində çıxış edir.