Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsmayıllıda bio-smart dayanacaq pavilyon istehsal edən zavod inşa olunacaq

İsmayıllıda bio-smart dayanacaq pavilyon istehsal edən zavod inşa olunacaq

Tarix: 23 Iyul 2020 11:20

Bakı. Samir Əli - Trend:

İsmayıllı rayonunda bio smart dayanacaq-pavilyon istehsalı zavodunun inşası nəzərdə tutulur.

Bu barədə Trend-ə İsmayıllı Rayon İcra Hakmiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, artıq həmin pavilyondan biri istehsal edilərək rayon mərkəzində quraşdırılıb:

"Yaxın vaxtlarda daha bir pavilyon istehsal edilərək şəhər ərazisində quraşdırılacaq. Pavilyon əsasən avtobus dayanacaqları üçün nəzərdə tutulub. Dayanacaq-pavilyon iki hissədən, 8 oturacaqdan ibarətdir. Gələcəkdə bu tip pavilyon istehsal edən zavodun tikintisi nəzərdə tutulur".


Etiketlər:  İsmayıllıda bio smart dayanacaq pavilyon istehsal edən zavod inşa olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ