Tarix: 23 Iyul 2020 20:10
Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliçin müqaviləsi uzadılıb.
Qol.az xəbər verir ki, bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb. 53 yaşlı mütəxəssisin yeni sözləşməsi 2022-ci ilin sonuna qədərdir.
Qeyd edək ki, Daliç 2017-ci ilin oktyabrından Xorvatiya millisini çalışdırır. Komanda onun rəhbərliyi ilə DÇ-2018-in gümüş mükafatçısı olub.